“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 13-cü turunda “Mançester Siti” ilə səfər oyununu (1:1) şərh edib.
Arena.az BBC-yə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bəzi məqamlarda daha yaxşı çıxış etsəydik, qalib gələ bilərdik. “Etihad”da oynamaq həmişə çətindir. Təsadüfi deyil ki, onlar evdə tez-tez qalib gəlirlər. Bu gün super komanda ilə qarşılaşdıq.
Daha yaxşı oynaya bilərikmi? Müəyyənliklə. Biz bunu da edəcəyik. Bu həftə bütün komandamız üçün çətin oldu. Buna rəğmən, bəzi qol imkanlarımız oldu və bu, çox xoşuma gəldi. Bugünkü oyunun nəticəsindən tamamilə razıyam”, deyə Klopp bildirib.
13 turdan sonra “Mançester Siti” Premyer Liqanın liderliyini əldən verib. “Şəhərlilər” 29 xalla 2-ci, “Liverpul” isə 28 xalla 3-cü pillədədir. Turun mərkəzi görüşündə tərəflərin sülhlə ayrılmasında istifadə edən “Arsenal” səfərdə “Brentford”u minimal hesabla məğlub edərək (1:0), Premyer Liqanın liderliyini ələ keçirib, “topçular”ın 30 xalı var.


