Lamin Yamal – UEFA Millətlər Liqasının mütləq rekordçusu!

İspaniya yığmasının və “Barselona”nın 17 yaşlı yeniyetmə sağ cinah hücumçusu Lamin Yamal UEFA Millətlər Liqasının rekordçusu olub.

Arena.az məlumat verir ki, Yamal yarışın 1/4 finalının Niderland yığması ilə Valensiyada keçirilmiş cavab oyununda (3:3, penaltilərlə 5:4; ilk oyun 2:2) “qırmızı qəzəb”in qollarından birinə imza atıb.

Beləliklə, Yamal UEFA Millətlər Liqasında qol vurmuş ən gənc oyunçu ünvanına sahib olub. Yamal “zanbaqlar”ın “gülünü” 17 yaş 253 günlüyündə “dərib”.

Əvvəlki rekord isə “Barselona”nın ispan mərkəz yarımmüdafiəçisi Qaviyə məxsus idi – 17 yaş 304 gün.

Lamin Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 8 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: