“Barselona”nın prezidenti Joan Laporta hesab edir ki, “blauqrana” alman mütəxəssis Hans-Diter Fliklə cari mövsümdə trebl qazan bilər.
Arena.az AS dərgisinə istinadən, Laportanın müvafiq qənaətini təqdim edir:
“Barselona”nın azarkeşləri bizim məşqçimizə və bizim oyunçularımıza inanmalıdırlar. Mən əminəm ki, Flikin rəhbərliyi altında və oyunçularımızın istedadı sayəsində bizim trebl qazanmaq imkanımız olacaq. Biz çox yaxşı oynayırıq, amma hələ heç nəyə müvəffəq olmamışıq. Final – “o üz – bu üz” məsələsidir, nə desən ola bilər, amma biz özümüzə əminik”, deyə Laporta vurğulayıb.
Xatırladaq ki, “Barselona” cari mövsümdə mübarizə apardığı bütün cəbhələrdə uğurla irəliləyir. “Blauqrana” 33 oyundan 76 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir, Çempionlar Liqasının yarımfinalına çıxıb və İspaniya Kral Kubokunun finalına yüksəlib.
Cari ilin yanvar ayında isə “Barselona” 2025-ci il İspaniya Super Kubokunun finalında əzəli rəqibi “Real”ı 5:2 hesabı ilə məğlub edərək, “Hansi” Flikin rəhbərliyi altında ilk qənimətini qazanıb.
Aprelin 26-da “Barselona” trebl qazanmaq məsələsində ilk sınağına çıxacaq. “Blauqrana” İspaniya Kral Kubokunun finalında əzəli rəqibi “Real”la qarşılaşacaq.


