“Levante” növbəti mövsümdə futbol üzrə İspaniya La Liqasında iştirak hüququnu itirib. Arena.az xəbər verir ki, bu, ölkə çempionatının 36-cı turu çərçivəsində baş tutan “Real”la səfər oyunundan sonra dəqiqləşib.
Valensiya təmsilçisi Madriddə 0:6 hesablı məğlubiyyətə üzülüb. Məhz bu yenilgidən sonra komandanın növbəti mövsümü Sequnda Liqada keçirəcəyi dəqiqləşib.
Qeyd edək ki, “Levante” mövsümün sonuna 2 tur qalmış 29 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.


