İngiltərə Premyer Liqasının 17-ci turunda “Liverpul” “Mançester Yunayted”in qapısına 34 zərbə vursa da, heç biri səmərəli olmayıb – 0:0.
Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, bu göstərici cari mövsümdə Avropanın böyük futbol beşliyi ölkələrinin milli çempionat oyunlarında qol vura bilməmiş bütün komandalar arasında ən yüksək göstəricidir.
“Squawka”nın məlumatına görə, 2016/2017 mövsümünün başlanğıcından bəri yalnız iki komanda Premyer Liqa oyununda rəqib qapısına ən azı 34 zərbə vurub və bunları qola çevirə bilməyib. “Liverpul”dan başqa “Mançester Yunayted” 2016-cı ildə “Börnli” ilə oyunda rəqib qapısına 38 zərbə endirib, amma bunların nəticəsi olmayıb.
Heç-heçə nəticəsində “Liverpul” 2 vacib xal itirib. Bu komanda 17 turdan sonra 38 xalla ikinci pilləyə düşüb. “Mançester Yunayted” 28 xalla 7-cidir. İngiltərə çempionatına 39 xalla “Arsenal” başçılıq edir.


