“Liverpul” keçmiş futbolçusu ilə bağlı üzücü xəbəri açıqladı

“Liverpul” 1972-1976-cı illər aralığında “qırmızılar”ın yarımmüdafiəçisi olmuş şotland futbolçu Piter Kormakın vəfat etdiyini açıqlayıb.

Arena.az məlumat verir ki, müvafiq bəyanat İngiltərə klubunun rəsmi “X” sosial şəbəkə hesabı üzərindən dərc edilib:

“Keçmiş yarımmüdafiəçimiz Piter Kormakın 78 yaşında vəfat etməsi barədə xəbər bizi çox kədərləndirdi. Ruhun şad olsun, Piter”, – “qırmızılar”ın mətbuat xidməti paylaşıb.

Piter Kormak Şotlandiyanın “Hibernian” klubunun yetirməsidir. Çoxyönlü yarımmüdafiəçi 1972-ci ildə “Liverpul”a keçib. Şotland futbolçu “Liverpul”un heyətində 177 oyuna çıxıb, 26 qol, 13 məhsuldar ötürmə ilə fərqlənib. “Qırmızılar”la birlikdə Kormak hər biri iki dəfə olmaqla İngiltərə çempionatının, İngiltərə Super Kubokunun və UEFA Kubokunun qalibi olub, həmçinin 1 dəfə İngiltərə Kubokunu qazanıb. Kormak peşəkar futbolçu karyerasını 1981-ci ildə başa vurub.

Bundan sonra Piter Kormak məşqçi kimi fəaliyyətə başlayıb. Kormak “Partik Tisl”, “Anortosis” (Famaqusta), “Kaudenbit”, “Qrinok Morton” klublarını və Botsvana yığmasını çalışdırıb. 2002-ci ildə Piter Kormak özünün futbol fəaliyyətinə xitam verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: