İngiltərə Liqa Kubokunun yarımfinalında “Fulhem”ə qarşı 1:1 hesabı ilə başa çatmış səfər oyunu “Liverpul” üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, heç-heçəyə rəğmən, “qırmızılar” ilk oyunda qazandığı 2:1 hesablı qələbə sayəsində ümumi hesabı öz xeyrinə təmin edərək, finala yüksəlib.
Beləliklə, “Liverpul” 14-cü dəfə İngiltərə Liqa Kubokunun finalında oynayacaq ki, bu da İngiltərə üçün mütləq rekorddur.
Mersisaydlılar müvafiq yarışda 9 dəfə qalib olublar ki, bu da rekord göstəricidir. Finala çıxışların sayına görə ikinci nəticə “Mançester Yunayted”ə məxsusdur – 10 dəfə.
Xatırladaq ki, Yurgen Klopun baş məşqçisi olduğu bu komanda final oyununda “Çelsi” ilə qarşılaşacaq. Final oyunu fevralın 25-də “Uembli” stadionunda keçiriləcək.


