“Liverpul” Premyer Liqabnın ən əzmkar komandasıdır

İngiltərə Premyer Liqasının 18-ci turunun “Livepul – “Arsenal” oyunu “qırmızılar” üçün müstəsna bir göstərici ilə əlamətdar olub.

Arena.az məlumat verir ki, 1:1 hesabı ilə başa çatmış oyunda meydan sahibləri hesabda geri ikən, bərabərliyi yaxalayıb.

Beləliklə, “qırmızılar” 18 tur ərzində əzmkarlıqla 19-cu xalını əldə ediblər və göstəricidə Premyer Liqanın cari mövsümündə mütləq nəticəyə imza atıblar. “Liverpul” bu mövsüm ərzində milli çempionatda hesabda geri düşdüyü 10 oyundan 9-nu xilas edib, yalnız 1 oyunda məğlub olub. 9 əzmkar oyundan 5-ni öz xeyrinə başa vurmuş bu komanda 4 oyunda isə heç-heçə ilə razılaşıb.

Əzmkarcasına qazanılmış xalların miqdarına görə 2-ci yerdə “Brayton” (13 xal), 3-cü yerdə isə “Aston Villa” (12 xal) qərarlaşıb.
Turun mərkəzi görüşündəki heç-heçə sayəsində komandalar Premyer Liqanın turnir cədvəlində mövqelərini qoruyublar. 18 turdan sonra “Arsenal” 40 xalla liderliyini sürdürür. 39 xalla 2-ci olan “Liverpul” isə “topçular”ı daban-daban təqib edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: