“Liverpul” transfer bazarında ən susqun klubdur

“Liverpul” Avropanın aparıcı 7 liqasının 132 klubu arasında cari mövsümdə hələ heç bir oyunçu satın almamış yeganə klubdur.

Arena.az məlumat verir ki, “qırmızılar” sonuncu transferlərini 2023-cü ilin yayında həyata keçiriblər.

O zaman “Liverpul”a Dominik Soboslai, Aleksis Makallister, Rayan Qravenberx və Vataru Endo qoşulmuşdular.

İngiltərə Premyer Liqasının sonuncu – 2023/2024-cü illər mövsümünü “qırmızılar” 82 xalla yarış cədvəlinin 3-cü pilləsində başa vurmaqla bürünc medal qazanmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: