“Liverpul” futbol klubunun idman direktoru Yorq Şmadtke cari qış transfer pəncərəsinin bitməsi ilə vəzifəsini tərk edəcək.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Şmadtke ötən ilin iyununda mersisaydlıların idman direktoru vəzifəsini icra edib. Onun rəhbərliyi altında “qırmızılar” “Leypsiq”dən yarımmüdafiəçi Dominik Soboslaini, “Bayern”dən Rayan Qravenberxi və “Ştutqart”dan Vataru Endonu alıblar.
Xatırladaq ki, buna qədər “Liverpul”un baş məşqçisi, alman mütəxəssis Yurgen Klopp cari mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.


