Futbol üzrə İngiltərə milli komandasının və “Liverpul” klubunun mərkəz müdafiəçisi Co Qomes uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arne Slot danışıb.
Mütəxəssis 27 yaşlı müdafiəçinin zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb:
“Co Qomesin “Vest Hem”lə matçda zədələndiyini gördünüz. O, budunun arxasından zədə alıb. Qomesin sağalması bir qədər vaxt aparacaq. Uzun müddət olmayacaq. Bu hallar mövsüm boyu baş verə bilər”.
Xatırladaq ki, Co Qomes “Çarlton Atletik” klubunun yetirməsidir. 26 yaşlı mərkəz müdafiəçisi 2015-ci ilin yayından “Liverpul”da çıxış edir. Həmin vaxt o, 4,9 milyon avro qarşılığında “qırmızılar”ın düşərgəsinə qoşulmuşdu. Qomesin “Liverpul”la müddəti 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.
İngilis futbolçu cari mövsümdə 16 matça çıxıb və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Bütövlükdə isə o, “Liverpul”da keçirdiyi 11 mövsüm ərzində 240 oyuna çıxıb və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Stopper, “Liverpul”la 1 dəfə İngilətə çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə UEFA Super Kubokunun, 1 dəfə İngiltərə Federasiya Kubokunun, 2 dəfə İngiltərə Liqa Kubokunun, 1 dəfə İngiltərə Super Kubokunun qalibi olub. Müdafiəçi “qırmızılar”ın heyətində Klublararası Dünya Çempionatının da qalibi adını qazanıb.
Co Qomes 2017-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə milli komandasında da 15 oyun keçirib.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.



