“Liverpul”un oyunçusu Almaniyada irqi təhqirə məruz qalıb

“Liverpul”un gənclərdən ibarət komandasının oyunçusu Almaniyada keçirilmiş yarış zamanı iki dəfə irqi təhqirə məruz qalıb.

Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, futbolçu Almaniyada gənclər komandaları arasında keçirilmiş yarışın “Ayntraxt” və “Hoffenhaym”la oyunları zamanı rəqib oyunçular tərəfindən irqi təhqirlərə məruz qalıb. Bunun nəticəsində “Liverpul”un U-18 komandasının futbolçuları meydanı tərk ediblər.

“Liverpul” təsdiq edə bilər ki, 18 yaşadək komandamızın üzvü Cümə günü Almaniyada keçirilmiş Bundesliqa Kuboku gənclər yarışında oynayarkən rəqib tərəfindən irqi zəmində təhqirlərə məruz qaldığını bildirib.

Futbolçu dərhal oyun rəsmisini, komanda yoldaşlarını və məşqçilər qərargahımızı xəbərdar edib. Buna müvafiq olaraq klub rəhbərliyi oyunu dayandırmaq qərarına gəlib və futbolçuları meydanı tərk etməyə çağırıb.

Başqa bir hadisədə isə iyulun 20-də keçirilmiş oyunda həmin oyunçu yenə də təhqirə məruz qalıb. Yenə də futbolçu komanda yoldaşlarını və məşqçi heyətini xəbərdar edib və rəhbərliyimiz futbolçuları yenidən meydanı tərk etməyə səsləyib”, – İngiltərə klubunun rəsmi açıqlamasında deyilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: