Fransa nəhəngi PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının “İnter”lə final oyunundan gözləntisini açıqlayıb.
Arena.az “Football Italia” dərgisinin “Sky Sport” dərgisinə istinadı əsasında 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mən hesab edirəm ki, bizim, ixiyari klubun iştirak edə biləcəyi ən vacib oyunda – Çempionlar Liqasını finalında oynamaqla bağlı bəxtimiz gətirib. Biz daha bir güclü rəqibə qarşı oynayacağıq və bizə bu gözəl məqamdan zövq almaq gərəkdir. “İnter” digər komandalardan azacıq fərqlənir, belə ki onların Markus Türam və Lautaro Martines kimi iki əla hücumçusu var. Bizim məqsədimiz həmişə olduğu kimi, oyuna ən yaxşı surətdə hazırlaşmadır ki, ən yaxşı komanda ola bilək. Buna görə də bizə topa sahib olmaq gərəkdir, buna müvəffəq olmaq üçün isə hazırlıqdan başqa digər bir usul isə yoxdur.
Biz “İnter”in yaxşı təpki göstərdiyini bilirik, buna görə də onların oyununu dayandırmaq üçün bütün seçimləri işləyib-hazırlamışıq. Bizim öz üslubumuz var, onların isə öz uslubları, mən isə düşünürəm ki, əsas məqam, oyunun təklif edəcəyinə uyğunlaşmaq və gözlənilməz vəziyyətlərə dair planların varlığı olacaq.
Xatrlayıram ki, özümün təqdimat mərasimində demişdim: PSJ üçün əskik olan ən vacib qənimət Çempionlar Liqası olub. Bu, o deməkdir ki, komandaya əlavə təzyiq göstərilir, belə ki, ondan çox şey gözlənilir. Biz inama, öznüəəminliyə malikik və əgər müyyən surətdə oynayaraq uğura müvəffəq olmuşuqsa, biz elə, həmin ruhda da oynamağa davam etməliyik”, deyə Luis Enrike mübariz ruhda vurğulayıb.
Xatırladaq ki, PSJ – “İnter” oyunu bu gün, mayın 31-də Münhenin “Arena Münhen” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


