“Real”ın 39 yaşlı xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç İngiltərə Çempionşipi təmsilçisi “Suonsi Siti”nin səhm payına sahib olub.
Arena.az bu barədə “Suonsi Siti”nin rəsmi saytına istinadən məlumat verir:
“Bu, möhtəşəm imkandır. “Suonsi Siti”nin siması güclüdür, inanılmaz tərəfdar kütləsinə malikdir və ən yüksək səviyyədə çıxış əzmindədir.
Mən inanıram ki, özümün oyun təcrübəmi klbula ən yüksək səviyyədə paylaşa biləcəyəm. Mənim məqsədim – klbubun inkişafına müsbət tərəfdən dəstək olmaq və gözəl gələcəyini qurmağa kömək etməkdir”, deyə Modriç vurğulayıb.
Əlavə edək ki, Luka Modriç “Suonsi Siti”nin səhm payının ən az hissəsini satın alıb.
42 oyundan 54 xalla “Suonsi Siti” İngiltərə Çempionşipinin yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb.


