Madrid “Atletiko”su satışa çıxarıldı

İspaniya La Liqasının adlı-sanlı təmsilçisi Madrid “Atletiko”su satışa çıxarılıb və müvafiq məsələ ilə bağlı proses artıq başladılıb.

Arena.az bu barədə “La Sexta” dərgisinə istinadən məlumat verir.

“Atletiko”nun baş direktoru Migel Anxel Xil Marin klub prezidenti Enrike Sereso ilə birlikdə klubun satılması prosesinə başlayıblar. Onlar “Atletiko”nun səhmlərinin 65 faizinə sahibdirlər.

Artıq ilk təmaslar baş tutub. Madrid klubunu ala biləcək çox maraqlı bir amerikan iş adamı, “Mayami Dolfins” NFL komandasının sahibi Stiven Ross bu məslədə əsas iddiaçılardan hesab edilir.

Hazırda Madrid “Atletiko”su İspaniya çempionatının turnir cədvəlində 34 xalla 4-cü yerdədir. Komanda növbəti turda dekabrın 16-da “Atletik” (Bilbao) ilə qarşılaşacaq.

Madrid təmsilçisi UEFA Çempionlar Liqasında 11 xalla öz qrupunun turnir cədvəlinə başçılıq edir.

Satış prosesinin təfərrüatı, səhmlərin neçə faizinin satışa çıxarıldığı haqda məlumat verilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: