“Mançester Siti” əjdaha ilinə həsr edilmiş formasını təqdim etdi

“Mançester Siti” klubu və “Puma” şirkəti “Taxta Yaşıl Əjdaha” ilinə həsr edilmiş yeni məhdud silsilədə idman geyim dəstini təqdim ediblər.

Arena.az Mançester klubunun mətbuat xidmətinə istinadən məlumat verir ki, idman dəstini tərtib edənlər və istehsalçıları şəhərin “Etihad” stadionunun tarixindən, eləcə də parlaq Çin mədəniyyətindən ilhamlanıblar.

İlk dəfə bu formanı “Mançester Siti”nin qadınlardan ibarət komandası “Mançester Yunayted”lə Kontinental Kubok oyununda geyinəcək.

Cari mövsüm İngiltərə Premyer Liqasının 20 turundan sonra Xosep Qvardiolanın komandası lider “Liverpul”dan 2 xal geri qalır. Komanda 43 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

“Şəhərlilər” daxili çempionatda növbəti oyununu yanvarın 31-də keçirəcəklər. Həmin gün “Siti” doğma meydanda “Börnli”ni qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: