“Mançester Siti” əldə etdiyi gəlirlə İngiltərə rekordunu vurdu

“Mançester Siti” ötən mövsümün sonunda 817 milyon avro qazanaraq, İngiltərə futbol klubları arasında mövsümi gəlirə görə rekord qırıb.

Arena.az bu barədə Mançester klubunun rəsmi saytına istinadən məlumat verir.

Geridə qalmış 2022/2023 mövsümündə “şəhərlilər” əvvəlki illə müqayisədə 114 milyon avro çox qazanıblar. Mançester klubunun əsas rekord gəlir mənbələri reklamdan, televiziya verilişlərindən və oyun günlərində qazanılan pullardan ibarətdir. 2022/2023 mövsümündə “Mançester Siti” UEFA Çempionlar Liqasının qalibi, İngiltərə çempionu və İngiltərə Kubokunun qalibi olmaqla “trebl”ə imza atıb.

Vurğulayaq ki, son 6 mövsümdə “səhərlilər” 5 dəfə Premyer Liqanın qalibi olublar. Cari mövsümdə Xosep Qvardiolanın yetirmələri 12 turdan sonra “Liverpul”u 1 xal qabaqlayaraq, 28 xalla turnir cədvəlinə başçılıq edirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: