“Mançester Siti” 7-ci dəfə İngiltərə Super Kubokunun qalibi oldu

“Mançester Siti” əzəli rəqibi “Mançester Yunayted”i penaltilər seriyasında məğlub edərək İngiltərə Super Kubokunun qalibi olub.

Arena.az xəbər verir ki, bu gün İngiltərə Super Kuboku uğrunda oyun keçirilib.

London şəhərindəki “Uembli” stadionunda keçirilən görüşdə Mançesterin iki nəhəngi – son ölkə çempionu “Siti” ilə kubokun qalibi olmuş MY üz-üzə gəlib.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Hesabı 82-ci dəqiqədə “Mançester Yunayted”in futbolçusu Alexandro Qarnaço açıb. Matçın 89-cu dəqiqəsində Bernardo Silva hesabı bərabərləşdirib. Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “şəhərlilər” 7:6 hesabı ilə qalib gəliblər.

Bununla da, son ölkə çempionu olan “Mançester Siti” İngiltərə Super Kubokunun qalibi olub və yeni mövsümə titulla başlayıb. Sözügedən klub tarixində 7-ci dəfə İngiltərə Super Kubokunu qazanıb. Turnirdə qələbə sayına görə rekordçu “Mançester Yunayted”dir – 21.

İngiltərə Super Kuboku
10 avqust

Mançester Siti – Mançester Yunayted 1:1 (penaltilər 7:6)
Qollar: Bernardo Silva, 89 – Alexandro Qarnaço, 82.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: