Cari İngiltərə çempionu olan “Mançester Siti” Premyer Liqanın 2022/2023 mövsümü üzrə rekord məbləğdə gəlir əldə edib.
Arena.az məlumat verir ki, “The Athletic” dərgisi İngiltərə Premyer Liqa klublarının ötən mövsüm çıxışları müqabilində qonorar məbləğlərini dərc edib.
Siyahıya Premyer Liqanın cari çempionu “Mançester Siti” başçılıq edir. Mənbənin məlumatına görə, “şəhərlilər” 176,2 milyon funt-sterlinq məbləğində gəlir əldə ediblər və bu da əvvəlki mövsümlə müqayisədə 15% çoxdur. Həmçinin bu rəqəm Premyer Liqa tarixinin rekordudur.
Siyahının 2-ci pilləsində 172,2 milyon funt-sterlinq qazancla “Arsenal” qərarlaşıb. “Mançester Yunayted” isə 168,3 milyon funt-sterlinq məbləğində gəlir əldə edib.
Ən az gəlir əldə etmiş klub isə “Sauthempton”dur – 103,6 milyon funt-sterlinq.
Tam siyahını təqdim edirik:



