“Mançester Siti”dən ÇL rekordu – 119 oyuna 250 qol

UEFA Çempionlar Liqasının cari mövsümünün 4-cü turu çərçivəsində keçirdiyi olun “Mançester Siti” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Xosep Qvardiolanın yetirmələri qrup mərhələsinin 4-cü turunda “Yanq Boyz”la oyunda 3:0 hesabı ilə qalib gələrək, qitənin ən mötəbər klub turnirində vurduqları qolların sayını 250-yə çatdırıblar.

Müvafiq göstəriciyə çatmaq üçün “şəhərlilər”ə 119 oyun kifayət edib ki, bu da digər komandaların Çempionlar Liqasında müvafiq göstəriciyə çatması üçün keçirdikləri oyunların sayından azdır.

“Yanq Boyz” üzərindəki qələbə sayəsində “şəhərlilər” 12 xalla “G” qrupunun vahid lideridirlər. “Siti” bu nəticə sayəsində turnirin pley-off mərhələsinə vəsiqəsini də təmin etmiş olub. “Leypsiq” 9 xalla 2-ci yerdə qərarlaşıb. “Yanq Boyz” və “Srvena Zvezda” isə 1 xalla müvafiq olaraq 3-cü və 4-cü yerlərdə “lövbər salıblar”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: