“Mançester Siti”nin maliyyə pozuntuları üzrə işə baxılacaq

115 maliyyə pozuntusuna yol verməkdə ittiham edilən “Mançester Siti”yə qarşı məhkəmə gələn həftə keçiriləcək.

Arena.az bu barədə “The Telegraph” dərgisinə istinadən məlumat verir.

İngiltərə Premyer Liqası Mançester klubunu 9 mövsüm ərzində 100-dən çox maliyyə qaydasını pozmaqda ittiham edib. İstintaq 2009-cu ildən 2018-ci ilin sonuna qədər olan dövrü əhatə edir. İttihamların əsas hissəsi klubun gəlirləri ilə yanaşı, əməliyyat xərclərinə də aiddir. Mançester nəhənginin maliyyə feyr-pleyi qaydalarını müəyyən dərəcədə pozduğu iddia edilir.

Xatırladaq ki, daha əvvəl maliyyə pozuntularına görə “Everton” İngiltərə Premyer Liqasında 10 xalından məhrum edilmişdi.

Hazırda “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində 43 xalla 2-ci pillədə qərarlaşıb. Premyer Liqaya 45 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: