“Mançester Yunayted” bu qış transfer edə bilməyəcək – Səbəb

“Mançester Yunayted” klubun transfer feyr-pleyində fəsadlar olduğu üçün cari qış transfer pəncərəsində yeni futbolçular almaqdan daşınıb.

Arena.az bu barədə “The Athletic” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” transferlərlə yanaşı, futbolçuları icarəyə də götürə bilməyəcəklər. Mankunianlılar üçün müvafiq məhdudiyyətlər onların maliyyəsinin mənfəət və davamlı inkişaf qaydaları ilə ciddi şəkildə məhdudlaşdırılması ilə bağlıdır.

Həmçinin rəhbərlik ehtiyat edir ki, klub əlavə pul xərcləsə, maliyyə qaydalarını pozduğuna görə 10 xalından məhrum edilmiş “Everton”un düşdüyü vəziyyətə bənzər halla üzləşə bilərlər.

Vurğulayaq ki, “Mançester Yunayted”in transfer balansı hazırda mənfidir (- 147 milyon avro). Eyni zamanda, İngiltərə Premyer Liqasının qaydaları yalnız 120 milyon avro məhdudiyyətə çatmağa imkan verir.

Bu haqda məlumat yayılandan azarkeşlər arasında çaxnaşma düşüb. Müvafiq xəbər “qırmızı şeytanlar”ın sözün həqiqi mənasında “zibilə düşdüyü” səpgili şərhlərlə müşayiət edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: