“Mançester Yunayted” daha bir antirekorda imza atdı

İngiltərə nəhəngi “Mançester Yunayted” Çempionlar Liqasının 2023/2024-cü il mövsümündə klub tarixinin ən bərbad nəticəsinə imza atıb.

Arena.az məlumat verir ki, Mançester təmsilçisi qrup mərhələsi çərçivəsində keçirdiyi 6 oyunda cəmi 4 xal toplayıb.

Bu, klub tarixindən ən pis nəticədir.

Cari mövsüm Çempionlar Liqasının qrup mərhələsində “qırmızı şeytanlar” evdə “Kopenhagen”i məğlub edib (1:0) və səfərdə “Qalatasaray”la heç-heçə oynayıblar (3:3). Digər oyunlarda isə İngiltərə nəhəngi ancaq məğlubiyyətlə üzləşib – “Kopenhagen” (3:4), “Qalatasaray” (2:3) və Almaniya nəhəngi “Bayern” (evdə 0:1, səfərdə 3:4) “qırmızı şeytanlar”dan üstün olub.

“Qırmızı şeytanlar” 6-cı dəfə UEFA Çempionlar Liqasının qrupundan ələmə mərhələsinə vəsiqə qazana bilməyib. Üstəlik, əvvəlki 5 halda komanda ən azı 6 xal toplamışdı – bu göstərici 1994/1995 və 2005/2006 mövsümlərində olub.

Cari mövsüm daxil olmaqla, Çempionlar Liqasının son 10 yarışında “Mançester Yunayted” yalnız 3 dəfə turnirin ələmə mərhələsinə yüksələ bilib. Daha 3 dəfə yarışı elə, qrup mərhələsində başa vurub, 4 dəfə isə Çempionlar Liqasının əsas mərhələsində ümumiyyətlə iştirak etməyib.

Vurğulayaq ki, cari mövsümdə MY iştirak etdiyi bütün yarışlarda 24 oyun keçirib və bunların 12-də məğlub olub.

Həmçinin, Mançester klubu Çempionlar Liqası tarixində qrup mərhələsinin yekununa əsasən 15 qol buraxmış ilk ingilis komandası kimi bərbad statistikaya imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: