İngiltərə nəhəngi “Mançester Yunayted” futbol üzrə maliyyə idarəçisi vəzifəsi üzrə kadrı işə götürməyi planlaşdırır.
Arena.az bu barədə ESPN dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, klub Premyer Liqanın maliyyə qaydalarına əməl edilməsini təmin etmək üçün mütəxəssisdən kömək istəmək niyyətindədir.
Həmçinin vurğulanır ki, yay transfer pəncərəsi ərəfəsində “qırmızı şeytanlar”ın maliyyə vəziyyəti “gərgin” kimi qiymətləndirilir. Amma rəhbərlik maliyyə feyr-pleyi pozuntularını aradan qaldırmaqla yanaşı, yeni oyunçuların alınması üçün büdcənin artırılmasında maraqlıdır.
Daha əvvəl mətbuatda mankunianlıların yayda Harri Maquayr, Kazemiro, Kristian Eriksen, Sofyan Amrabat, Skott Maktominey, Antoni Marsyal, Markus Raşford və Antoni də daxil olmaqla 21 futbolçu ilə ayrıla biləcəyi barədə məlumatlar yayılmışdı.
2024-cü ilin fevral ayının sonundan etibarən “Mançester Yunayted”in yeni ortaq sahibi var – britaniyalı milyarder Cim Retkliff. Retkliff klubdakı 25% pay müqabilində Qleyzer ailəsinə 824 milyon avro ödəyib. Bundan əlavə, Retklifin rəhbərlik etdiyi “Ineos” şirkəti “Old Trafford”da gələcək sərmayə üçün nəzərdə tutulmuş əlavə 270 milyon avro məbləği təmin etməyi öhdəsinə götürüb.


