“Mançester Yunayted” tarixində ilk dəfə İngiltərə Premyer Liqasında keçirdiyi mövsümün startındakı 7 oyunundan 4-də məğlub olub.
Arena.az məlumat verir ki, bu, “qırmızı şeytanlar” üçün son 34 ildə milli çempionatda ən pis başlanğıcdır.
“Qırmızı şeytanlar” üç London komandasına – “Tottenhem”ə (0:2), “Arsenal”a (1:3), “Kristal Pelas”a (0:1) və üstəlik “Brayton”a (1:3) məğlub olublar. Digər üç oyununda “Mançester Yunayted” “Vulverhempton” (1:0), “Nottingem Forest” (3:2) və “Börnli” (1:0) üzərində qələbə qazanıb.
7 turdan sonra “Mançester Yunayted” 9 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.
Bununla belə, İngiltərə nəhənginin cari mövsümün Çempionlar Liqasında debütü də uğrusuzluğa düçar olub. “Qırmızı şeytanlar” səfərdə “Bayern” məğlub olublar (3:4).
Vurğulayaq ki, müvafiq hesab aldadıcıdır, belə ki, almanlar rəqibindən birbaş üstün və keyfiyyətli futbol sərgiləyiblər.


