“Mançester Yunayted” klubun bəzi işçilərinin sürücülü xidməti avtomobillərdən istifadəsi hüququnu ləğv edib.
Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, bəzi işçilərin klubun yeni həmsahibi Ser Cim Retklifin təşəbbüsü ilə klubun maliyyə siyasətinin nəzərdən keçirilməsindən sonra artıq şirkət avtomobillərindən istifadə hüququ olmayacaq.
Bu həftənin əvvəlində bildirildi ki, klubun sahibləri artan xərcləri azaltmaq və Mançester təmsilçisini tənzimləmə qaydalarına uyğunlaşdırmaq üçün “qırmızı şeytanlar”ın yüksək səviyyəli heyətinə verilmiş bəzi kredit kartlarını ləğv ediblər.
Xatırladaq ki, INEOS şirkətinin rəhbəri Ser Cim Retkliff 2024-cü ilin fevral ayının sonundan etibarən “Mançester Yunayted”in yeni ortaq sahibidir. Cim Retkliff klubdakı 25% pay üçün Qleyzer ailəsinə 824 milyon avro məbləğidə ödəmiş edib. Bundan əlavə, Retklifin sədri olduğu INEOS şirkəti “Old Trafford”a gələcək sərmayə üçün əlavə 270 milyon avro məbləği təmin etməyə mükəlləf olub.
Ümumiyyətlə, Retkliff müasir dövrünün ən bərbad zaman kəsiyini yaşayan “qırmızı şeytanlar”ı yenidən futbol zirvəsinə qaytarmaq iddiasındadır.
Hazırda Mançester təmsilçisi İngiltərə Premyer Liqasında 30 oyundan sonra 48 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar”ı 5-ci pillədə qərarlaşmış “Tottenhem”dən 9 xal ayırır. Premyer Liqaya 71 xalla “Arsenal” başçılıq edir.


