“Mançester Yunayted” “Everton”la 13-cü tur oyunundan sonra İngiltərə Premyer Liqasında müstəsna nailiyyət əldə edib.
Arena.az bu barədə “Squawka” dərgisinə istinadən məlumat verir.
Belə ki, “qırmızı şeytanlar” qapısının toxunulmazlığını təmin etməklə, “Everton”u 3:0 hesabı ilə məğlub ediblər. Beləliklə, Mançester təmsilçisi İngiltərə Premyer Liqası tarixində qapsının toxunulmazlığını 500 oyunda təmin etmiş ilk komanda olub.
Müvafiq göstəricidə 2-ci nəticə “Çelsi”yə (476 oyun), 3-cü nəticə isə “Liverpul”a məxsusdur (460 oyun).
13 turdan sonra “Mançester Yunayted” İngiltərə çempionatının turnir cədvəlində 24 xalla 6-cı pillədə qərarlaşıb. “Everton” isə 4 xalla 19-cu pillədə çabalayır. Xatırladaq ki, maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə, Liverpul təmsilçisi 10 xalından məhrum edilib.
Premyer Liqaya 30 xalla “Arsenal” başçılıq edir.
Növbəti turda “qırmızı şeytanlar” “Nyukasl”la qarşılaşacaq.


