İngiltərənin “Mançester Yunayted” klubu NBA təmsilçisi “Nyu-York Niks”in keçmiş idman direktoru Sem Eritlə müqavilə imzalayıb.
Arena.az bu barədə “Sportskeeda” dərgisinə istinadən məlumat verir.
Erit cari mövsümün sonuna qədər İngiltərə klubunun müvəqqəti icraçı direktoru təyin edilib.
Sem Erit bu sahədə aparıcı mütəxəssislərdən biri hesab edilir və İngiltərə yığması, “Mançester Siti”, “Tottenhem”, həmçinin “Nyu-York Niks” (NBA) və “Nyu-York Reyncers” (NHL) komandalarında zəngin iş təcrübəsinə malikdir.
Oyun əməliyyatları direktorunun vəzifə səlahiyyətlərinə klubun əksər futbol şöbələrinin – idman elmi, tibb, qidalanma, təhlil və digərlərinin qarşılıqlı fəaliyyətinə nəzarət etməklə oyunçular və məşqçilər heyəti üçün yüksək səviyyəli iş şəraitinin təmin edilməsi daxildir.
Yeni mövsümə uğursuz başlamış “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının yarış cədvəlində 3 turdan 3 xalla 14-ü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar”ın ötən il nümayiş etdirdiklri uğursuzluq zolağından hələ də çıxa bilmədiyi gözə çarpır.


