İngiltərənin “Vest Hem” klubu futbolçusu Maykl Antonio ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Yamaykalı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb. Müqavilənin daha bir il uzadılması da nəzərdə tutulub.
Maykl Antonio 2015-ci ildən “Vest Hem”də çıxış edir. Həmin vaxt o, “Nottingem Forest” klubundan transfer edilmişdi. Bu mövsüm 19 oyunda 8 qol vuran futbolçu, 5 məhsuldar ötürmə müəllifi də olub. Bütövlükdə isə hücumçu Premyer Liqa təmsilçisində 203 matçda 57 qol vurub.


