“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının “Vest Hem”lə 26-cı tur ev oyunuda məğlubiyyəti (0:1) şərh edib.
Arena.az “Arsenal”ın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Məb çox məyus və qəzəbliyəm. Düşünürəm ki, biz “Vest Hem”i qələbəsi və göstərdiyi oyunu münasibətilə təbrik etməliyik, amma hesab edirəm ki, biz öz tərəfimizdən çox şeyi düzgün icra etmədik. Bu, bizə, gərəkli nəbzi yığmağa, təhlükəli vəziyyətlərin yaranmasına rəvac verəcək, müsbət fəaliyyətlərlə oyunda kifayət qədər sabitliyə nail olmağa imkan vermədi. Həttə topa daha çox sahib olmağımıza, qapı istiqamətində 20-yə qədər zərbə vurmağımıza rəğmən, mən, qələbə qazanmaq üçün bizim, gərəkli səviyyədə olduğumuzu görmədim. Biz çoxlu top itkilərinə yol verdik və “Vest Hem”ə, çoxlu təhlükəli vəziyyətlər yaratmağa şərait qurduq”, deyə Mikel Arteta “topçular”ın autsayderə gözlənilməz ev məğlubiyyətini əsaslandırıb.
“Arsenal”ın 26 yaşlı norveçli hücumameyilli yarımmüdafiəçisi Martin Edeqor da “topçular”ın “Vest Hem”ə məğlubiyyətini şərh edib:
“Biz çox pərişanıq. Sanki bizim bu gün yaxşı fürsətimizin olduğu görünürdü, amma bizim oyunumuz kifayət qədər yaxşı deyildi, bu isə hamı üçün böyük zərbədir”, deyə Edeqor təəssüflə bildirib.
Cari mövsümdə keçirdiyi 26 oyunda 53 xal toplamış “Arsenal” İngiltərə Premyer Liqasının yarış cədəvlinin 2-ci pilləsində qərarlaşıb. “Vest Hem” isə 30 xalla 16-cı pillədədir.
Premyer Liqaya 61 xalla “Liverpul” başçılıq edir.


