Mikel Arteta: “Hazırda bu görüşün nəticələrini gözləyirik”

“Arsenal”ın ispan baş məşqçisi Mikel Arteta İngiltərə Futbol Assosiasiyasının (The FA) nümayəndələri ilə görüşündən danışıb.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Arteta görüşün necə baş tutduğu, ispan məşqçinin komandasının Premyer Liqanın 11-ci turu çərçivəsində “Nyukasl”a məğlub olduğu (0:1) oyundan sonra hakimliklə əlaqədar söylədiyi tənqidi fikirlərlə bağlı futbol məmurlarına hesabatı haqda danışıb:

“Biz görüşdük, öz tərəfimizdən bəzi sübutlar təqdim etdik, öz fikirlərimizi və nəticələrimizi bildirdik, həmçinin vəziyyətin tam kontekstini və onu necə gördüyümüzü təqdim etdik. İndi görüşün nəticələrini gözləyirik”, deyə Arteta bildirib.

Xatırladaq ki, İngiltərə Futbol Assosiasiyası Mikel Artetanı oyun rəsmilərini təhqir etməkdə və oyuna ziyan vurmaqda ittiham edib. “Nyukasl”la oyundan sonra “Arsenal”ın baş məşqçisi bu görüşdəki hakimliyin “ayıb” və “biabırçılıq” olduğunu, İngiltərə çempionatının səviyyəsinə isə uyğun olmadığını söyləmişdi.

Hazırda Mikel Artetanın çalışdırdığı “topçular” 36 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: