“Arsenal” baş məşqçisi Mikel Arteta “topçular”ın Premyer Liqanın 20-ci turunda “Fulhem”lə oyununda məğlubiyyətini (1:2) şərh edib.
Arena.az BBC-yə istinadən, Artetanın müvafiq xüsusda fikirlərini təqdim edir:
“Bu, çox çətin, kədərli bir gündür. Üç gün əvvəl biz uduzduğumuz bir oyun (“Arsenal” – “Vest Hem” – 0:2) keçirdik, amma oyuna görə qalib gəlməli idik. Bu gün mövsümdə ən pis oyunumuz oldu. Nəbz, qapıya köklənmə – hər şey pis idi. Müdafiədə zəif idik, üstün ola bilmədik və buna görə də fəsadlar yaşadıq.
Topa sahibolmadan pis istifadə etdik – rəqib qapısına kifayət qədər sürət və ya təhlükə yox idi. Topla ehtiyatsız davrandıq. Bu, kifayət qədər yaxşı deyildi, biz qələbəyə layiq deyildik. Dekabrın 31-də liqada birinci olmaq imkanın olanda və oyundan sonra əhvalın çox pis olanda – futbol elə, budur. Çox incə hüduddur.
Əvvəlki 19 oyunda oynadığımız tərzdə oynasaq, Premyer Liqada birinci olacağıq. Bugünkü kimi oynasaq, zirvəyə belə, yaxınlaşmayacağıq. Bu gün həqiqətən çətin gün idi”, – deyə Arteta könülsüzcə bilditib.
Xatırladaq ki, ardıcıl ikinci məğlubiyyət “Arsenal”ı 4-cü pilləyə salıb, “topçular”ın 4 xalı var. “Fulhem” 24 xalla 13-cü pillədədir. Premyer Liqaya 19 oyundan 42 xal toplamış “Liverpul” başçılıq edir.


