Dekabrın 25-də Özbəkistanın Səmərqənd şəhərində şahmat üzrə (rapid və blits növlərində) dünya çempionatına start veriləcək.
Arena.az xəbər verir ki, Azərbaycanı ilin son yarışında 15 şahmatçı təmsil edəcək.
Heyətdə 6 kişi, 9 xanım şahmatçı yer alıb. Kişilər arasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Kənan Qarayev mübarizə aparacaqlar. Xanımlardan ibarət yığmamızın heyətində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Türkan Məmmədyarova və Xəyalə Abbdula yer alıblar.
Xatırladaq ki, ilin son şahmat yarışı olan bu dünya çempionatına dekabrın 31-də yekun vurulacaq.


