Mourinyo: “Napoli” üzərində layiqli qələbə qazandıq”

“Roma”nın baş məşqçisi Joze Mourinyo komandasının İtaliya A Seriyasının 17-ci turunda “Napoli” ilə oyunda (2:0) qələbəsini şərh edib.

Arena.az jurnalist Canluka Di Marzio rəsmi saytına istinadən, portuqal mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:

“Təəssüf ki, Miladdan əvvəlki son oyun futbolçuların və məşqçilərin əhval-ruhiyyəsini dəyişir. Mən uşaqlarla bu barədə danışmışdım. Bizə bu Miladı azarkeşlər üçün xoşbəxt etmək gərək idi. Siz razılaşmaya bilərsiniz, amma beş dəqiqədən sonra məndə elə bir hiss yarandı ki, biz qalib gələcəyik. “Roma” bərabər heyətlərdə çox yaxşı oynayırdı. Oyunun əvvəlində iki inanılmaz imkan əldə etdik. Bizdən qat-qat keyfiyyətli komandaya qarşı oyunda oyunun gedişinə həmişə nəzarət edirdik. Biz onların oyunçusunun qovulmasından istifadə etdik. Məncə, bu, layiqli qələbədir”, deyə Mourinyo sevinclə bildirib.

Xatırladaq ki, “Napoli” İtaliya A Seriyasının cari çempionudur.

“Roma” hazırda 28 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Napoli” isə 27 xalla 7-ci pillədədir. A Seriyasına 44 xalla “İnter” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: