Mourinyo “Roma”dan qovulmasına ilk dəfə münasibətini bildirdi

Yanvarın 16-da “Roma”dan gözlənilmədən qovulmuş portuqal çalışdırıcı Joze Mourinyo “canvarlar”dan ayrılmasına ilk dəfə münasibət bildirib.

Arena.az məlumat verir ki, 60 yaşlı mütəxəssis özünün sosial şəbəkə hesabı üzərindən ədəbi-dramatik səpgidə ifadə paylaşıb:

“Tər, qan, göz yaşları, sevinc, kədər, məhəbbət, qardaşlar, tarix, ürək, əbədiyyət” – “Mour” yazıb.

Xatırladaq ki, Joze Mourinyodan sonra “Roma” klubun əfsanəsi Daniele De Rossiyə tapşırılıb.

Mour” karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Portuqal mütəxəssis “Roma”nın sükanı arxasına 2021-ci ilin iyulunda gətirilmişdi. “Mour”un “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər idi.

“Canavarlar”a rəhbərliyi müddətində Mourinyo “Roma”nı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.

Mourun “Roma”a ilə ümumi statistikası belədir: 138 oyun, 68 qələbə, 30 heç-heçə, 40 məğlubiyyət. “Mour”un rəhəbərliyi altında “canavarlar”ın top fərqi isə 215:147 nisbətindədir.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: