Mourinyo və “canavarlar”ı jurnalistləri boykot etdilər

“Roma”nın portuqal baş məşqçisi Joze Mourinyo başda olmaqla, komandanın futbolçuları jurnalistlərlə ünsiyyətdən imtina ediblər.

Arena.az “Tuttomercatoweb” dərgisinə istinadən məlumat verir ki, hadisə İtaliya A Seriyasının 15-ci turu çərçivəsində “Roma” – “Fiorentina” oyunundan (1:1) sonra yaşanıb.

Paytaxt klubunun üzvlərini müvafiq davranış nümayiş etdirməklə etiraz mövqeyini tutmağa, “Stadio Olimpiko”da keçirilmiş oyunda (1:1) baş hakim Antonio Rapuanonun “Roma”nın iki futbolçusunu – Nikola Zalevski və Romelu Lukakunu meydandan qovması olub.
Mənbənin məlumatına görə, heç bir “Roma” təmsilçisinin oyunla bağlı şərh verməyəcəyini bildirib.

İtaliya A Seriyasının 15 turundan sonra “Roma” 25 xalla turnir cədvəlində 4-cü yerdə, “Fiorentina” isə 24 xalla 6-cı yerdə qərarlaşıb. Çempionata 38 xalla “İnter” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: