“Roma”dan qovulmuş Joze Mourinyonun maraqlarını təmsil edən agenti Jorje Mendeş portuqal mütəxəssisin xidmətlərini “Napoli”yə təklif edib.
Arena.az bu barədə “Mundo Deportivo” nəəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Mendeş şəxsən “Napoli”nin prezidenti Aurelio De Laurentiisə zəng edərək Mourinyonun “Napoli”yə baş məşqçi təyin edilməsi imkanını müzakirə edib. De Laurentiis bu təklifi nəzərdən keçirəcəyinə Mendeşi əmin edib. Eyni zamanda, Neapol klubunun rəhbərinin Jozenin agentinin istədiyi maaşın böyük məbləğindən şaşırdığı vurğulanır.
Xatırladaq ki, hazırda “Napoli”ni klubla müqaviləsi cari mövsümün sonuna qədər qüvvədə olan italyan mütəxəssis Valter Massarri çalışdırır. A Seriyasının 20 turundan sonra “Napoli” 31 xalla 8-ci pillədə qərarlaşıb. Çempionata 51 xalla “İnter” başçılıq edir.


