Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Ümraniyəspor” komandasının yeni baş məşqçisi Mustafa Er təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Recep Uçarı əvəz edib. Hansı ki, sabiq baş məşqçinin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olmuşdu.
Recep Uçar 2020-ci ilin oktyabr ayından “Ümraniyəspor”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 97 matça çıxarıb. Bu görüşlərdə 42 qələbə qazanmış kollektiv, 22 heç-heçə edib və 33 məğlubiyyətə üzülüb.
Bu mövsüm isə komanda Super Liqada 28 matçda cəmi 5 qələbə qazanıb. Qalan görüşlərdə 8 heç-heçə edən kollektiv 15 məğlubiyyətə üzülüb. Hazırda 23 xalı olan “Ümraniyəspor” 19 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb və Super Liqanı tərk etməyə əsas namizəddir.
Mustafa Er son olaraq “Bursaspor”da baş məşqçi kimi çalışıb. O, 2022-ci ilin ayında sözügedən klubdan ayrılandan bəri işsiz idi.


