“Napoli”ni İtaliya kubokunda 1/4 finala buraxmadılar

Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

A Seriyasında möhtəşəm mövsüm keçirən və vahid lider olan “Napoli” kubokda “Kremoneze”ni sınağa çəkib. Dörd qolun qeydə alındığı bu matçın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə yarım saatda hesab dəyişməz qaldığına görə penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Kremoneze” sürpriz şəkildə Neapol təmsilçisini mübarizədən kənarlaşdırıb.

Xatırladaq ki, daha öncə “Torino”, “İnter”, “Fiorentina” və “Roma” komandaları da 1/4 finala yüksəlmişdilər.

İtaliya Kubokunda 1/8 final mərhələsinin qalan oyunları yanvarın 19-da keçiriləcək.

İtaliya Kuboku
1/8 final
10 yanvar

İnter – Parma 2:1
Qol: L.Martines, 88. F.Açerbi, 110 – S.Juriç, 38.

11 yanvar

Milan – Torino 0:1
Qol: Adopo, 114.

12 yanvar

Fiorentina – Sampdoriya 1:0
Qol: Barak, 25

Roma – Cenoa 1:0
Qol: Dibala, 64.

17 yanvar

Napoli – Kremoneze 2:2 (penaltilər 4:5)
Qol: J.Jesus, 33. C.Simeone, 36 – Ş.Pikel, 18. Afena-Qyan, 87.

19 yanvar

18:00. Atalanta – Spetsiya
21:00. Latsio – Bolonya
00:00. Yuventus – Montsa

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: