“Nottingem Forest” 20 yaşlı braziliyalı mərkəz müdafiəçisi Jair Kunyanı “Botafoqo”dan tamhüquqlu əsasda heyətinə qatıb.
Arena.az bu barədə “Nottingem Forest”in rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid “meşəçilər”ə 12 milyon avro məbləğ müqabilində başa gəlib.
Jair Kunya “Santos”un məzunudur və karyerası ərzində “balıqlarlar”dan başqa “Botafoqo”nun heyətində oynayıb.
2024/2025-ci illər mövsümündə Kunya “Foqu” üçün 22 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərlənib.
Jair Kunya Braziliyanın U-20 komandasına cəlb edilib, əsas “selesao”ya isə hələ dəvət almayıb.
Jair Kunya “Santos”la Braziliya B Seriyasını çempionluğunu (2023/2024), həmçinin Braziliyanın U-20 komandası ilə Cənubi Amerika Çempionatını (2025) qazanıb.
“Transfermarkt” internet-portalı 20 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.




