Pape Matar Sarr “Tottenhem”lə yeni müqavilə bağladı

Seneqal yığmasının mərkəz yarımmüdafiəçisi Pape Matar Sarr İngiltərənin “Tottenhem” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilənin müddəti 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulub. 21 yaşlı futbolçunun əvvəlki sözləşməsi 2026-cı ilin 30 iyununa kimi idi.

Pape Matar Sarr peşəkar karyerasına Fransanın “Mets” klubunda başlayıb. O, 2021-ci ilin avqustunda məhz bu klubdan “Tottenhem”ə gəlib. Seneqallı oyunçu İngiltərə klubunun heyətində bu mövsüm 19 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Onun London klubundakı karyerasının ümumi mənzərəsi isə belədir: 33 oyun, 2 qol, 3 məhsuldar ötürmə.

Sarr 2021-ci ilin mart ayında debüt etdiyi Seneqal yığmasının heyətində 14 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: