Pedri: “Yamal sanki heç bir səy göstərmədən oynayır”

“Barselona”nın mərkəz yarımmüdafiəçisi Pedri, komanda yoldaşı, yeniyetmə sağ cinah hücumçusu Lamin Yamalın oyunu haqda danışıb.

Arena.az Pedrinin müvafiq qənaətini təqdim edir:

“Lamin – bir tamaşadır. O, sanki heç bir səy göstərmədən oynayır. Bizim, “Barselona”da birgə çıxış etməyimiz mənə xoşdur”, deyə ispan futbolçu həm millidə, həm də klubda birgə oynadığı komanda yoldaşının ünvanına tərif yağdırıb.

İspaniyalı mərkəz yarımmüdafiəçisi UEFA Çempionlar Liqasının cari mövsümünün finalında “blauqrana”nın əzəli rəqibi “Real”la “el klasiko”da görüşə biləcəklərinə dair ehtimala da münasibətini açıqlayıb:

“Bunu bütün azarkşelər istəyərdilər. Amma əlbəttə, bu, ilk növbədə finala bizim çıxmağımız deməkdir ki, bu da çox vacibdir”, deyə Pedri vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: