“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “Nottingem Forest”ə qarşı oyunda (0:1) azarkeşlərin komandasını fitə basmasından danışıb.
Arena.az “Football.London” portalına istinadən Poçettinonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Keçmişin nəticələrinə öyrəşmiş insanları başa düşmək olar. Onlar komandanın qalib gəlməsini və yaxşı oyununu görmək istəyirlər. Biz parlaq oynamırıq, amma mənim fikrimcə, çıxışımız pis deyildi. Əgər biz ilk dəqiqələrdə qol vursaydıq, bizim iki aşkar imkanımız isə oldu, hesab 2:0 ola bilərdi, onda güman ki, oyun fərqli bitərdi.
Azarkeşlər qələbə istəyirlər. Biz onlara xoşbəxt olmaq imkanı verməliyik, çalışmağa davam etməliyik. Başa düşürəm ki, bu, “Çelsi”dir. Burada hər oyunda qalib gəlmək lazımdır”, deyə Poçettino anlaşıq nümayiş etdirib.
Xatıraladaq ki, İngiltərə Premyer Liqasının 4-cü turu çərçivəsində “Stemford Bric”də “Nottingem Forest”i qəbul etmiş “Çelsi” 0:1 hesabı məğlub olub. 4 turdan sonra “Çelsi” 4 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Zadəganlar” 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət yaşayıblar, topların fərqi isə 5:5-dir. Premyer Liqada 12 xalla “Mançester Siti” liderlik edir.


