“Çelsi”nin argentinalı baş məşqçisi Maurisio Poçettino “zadəganlar”ın heyətinin yaxşılaşdırılmasının vacibliyini bildirib.
Arena.az BBC-yə istinadən Poçettinonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır.
Argentinalı mütəxəssis həmçinin Bencamin Çiluelin və Ris Ceymsin zədələri haqda danışıb.
“Ben ən yaxşı oyununu göstərəndə, o, dünyanın ən yaxşı sol cinah müdafiəçilərindən biridir.
Yalnız bir Ben Çiluell və bir Ris Ceyms var. Düşünürəm ki, klub Malo Qyusto və Mark Kukurelyanın timsalında heyətin dərinliyini genişləndirməyə cəhd edir.
Hər mövqe üçün iki oyunçu istəyirəm. Heyətdə hər mövqeyə bir oyunçu olduqda, keçmişdə olduğu kimi, ehtiyat oyunçular skamyasında olmaq üçün başqa bir güclü oyunçu ilə müqavilə imzalamaq çətindir”, deyə Poçettino bildirib.
Xatırladaq ki, “Çelsi” cari mövsümə gözlənilənlərin əksinə, çox uğursuz başlayıb. “Zadəganlar” hazırda 6 turdan sonra 5 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü yerdə qərar tubublar. “Çelsi” cəmi 1 qələbə qazanıb, 2 heç-heçə edib, 3 dəfə məğlubiyyət yaşayıb. “Zadəganlar”ın top fərqi isə 5:6 nisbətindədir.


