Poçettino Liqa Kubokunun finalında ədalətli hakimlik gözləyir

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Liqa Kubokunun “Liverpul”la final oyunu öncəsi hakimlik haqda söhbət açıb.

Arena.az jurnalist Fabrisio Romanoya istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz hakimlərin hər məqamda ədalətli olacağına əmin olmalıyıq. Düşünürəm ki, “Enfild”də oynadığımız zaman həddindən ziyadə mübahisəli qərarlar qəbul edilmişdi. Bu qərarların hər biri bizim xeyrimizə deyildi. Mən əminəm ki, rəqibin qapısına iki penalti təyin edilmədi, ona görə də bizimlə ədalətli davranılmasını istəyirəm”, deyə Poçettino car çəkib.

“Çelsi” – “Liverpul” oyunu bazar günü, fevralın 25-də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq iki il əvvəl, 2021/2022 mövsümündə yarışın finalında “Liverpul” və “Çelsi” əsas və əlavə vaxtı “quru” hesabla (0:0) başa çatmış oyunda qalibi oyunsonrası dramatik penaltilər mübarizəsində müəyyən etmişdilər. “Qırmızılar” “zadəganlar”ı 11:10 hesabı ilə məğlub etmişdilər.

Bir qədər əvvəl isə məlum olub ki, “Liverpul”un dörd əsas oyunçusu “Çelsi”yə qarşı həlledici oyunu buraxa bilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: