Poçettino Liqa Kubokunun finalındakı məğlubiyyəti şərh etdi

“Çelsi”nin baş məşqçisi Mauriso Poçettino İngiltərə Liqa Kubokunun finalında “Liverpul” məğlubiyyətini şərh edib.

Arena.az BBC-yə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Çelsi”nin oyunçuları ağrı-acı hiss etməlidirlər. Biz bizə qismət olmayan kubok uğrunda oynadıq. İndi hər şey eynidir, siz isə özümü daha yaxşı hiss etmək üçün mənə nə deyə bilərsiniz ki? Heç nə”, deyə “Poç” duyğusalcasına kədərlə bildirib.

Xatırladaq ki, finalda yeganə qolu əlavə vaxtda, oyunun 118-ci dəqiqəsində “qırmızılar”ın kapitanı Vircil van Deyk “zadəganlar”ın qapısından keçirib.

51 yaşlı Maurisio Poçettino “Çelsi”ni 2023-cü ilin iyul ayıdan çalışdırır. Argentinalı mütəxəssisin “zadəganlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Çelsi” Poçettinonun rəhbərliyi altında 35 oyuna çıxıb. “Mavilər” bu oyunlarda 17 qələbə qazanıblar, 6 heç-heçə ediblər, 12 oyunda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 65:49 nisbətindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: