Poçettino “Liverpul”a böyük hesablı məğlubiyyətini şərh etdi

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “zadəganlar”ın “Enfild”də “Liverpul”a 4:1 hesablı sarsıdıcı məğlubiyyəti (1:4) şərh edib.

Arena.az BBC-yə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Məncə, “Liverpul” bizdən daha yaxşı idi və onlar üç xala layiq idilər. Bir çox səbəblərə görə kifayət qədər yaxşı deyildik, amma bu barədə çox danışmaq istəmirəm, deyiləcək çox şey var. Bir şey aydındır – onlar bizdən qat-qat üstün idilər.

Bu oyunun gözəl tərəfi ondan ibarətdir ki, biz çox şey öyrənə və Liqa Kubokunun finalına yanaşa bilərik bilərik. Daha aqressiv olmalı, eyni enerji ilə fəsadları həll etməliyik. Bu gün onlar çox güclü idilər”, deyə Poçettino fikrini tamamlayıb.

Hazırda “Liverpul” 22 oyundan 51 xalla turnir cədvəlində liderdir. “Çelsi” isə 31 xalla 10-cu pillədə yer alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: