Pol Merson da “Çelsi”ni tənqid etdi – uğursuz transferlərə görə

Futbol mütəxəssisi Pol Merson İngiltərənin “Çelsi” klubunun rəhbərliyini transfer siyasətinə görə tənqid edib.

Arena.az “Sky Sports”a istinadən Mersonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır.

“Çelsi” milyon oyunçu ilə müqavilə bağlayıb və sən düşünürsən ki: “Onlardan necə komanda təşkil etmək olar?”. Londonlular kuboklar qazanmağı məqsəd qoyublar. Bu, ilk dördlük üçün mübarizə aparan “Tottenhem” deyil, amma bu, elə buna doğru da gedir və özü də çox sürətlə. Onlar xeyli sayda eynitipli oyunçular alıblar. Enzo Fernandes başqa səviyyədədir – başqalarından bir baş üstündür. Amma o, nə qədər dözəcək? Komandanın hiyləgərliyi çatışmır.

“Stemford Bric”də “mavilər”in rəqibləri topun arxasına on oyunçu çıxaracaqlar və əks-hücum edəcəklər. Müdafiədən on nəfərlə oynayan komandalarla bağlı “Çelsi”nin hansı problemləri yaşadığını mən bilirəm. Onlar rəqibi açmağa qadir deyillər. Bu, stolüstü futbola baxmağa bənzəyir – heç bir hərəkət yoxdur”, deyə Pol Merson taktiki mənzərəni təsvir edib.

Xatırladaq ki, “Çelsi” dörd turdan sonra 4 xalla Premyer Liqanın turnir cədvəlində 12-ci pillədə “lövbər salıb”. London klubu son illərdə həyata keçirdiyi bahalı, amma bir o qədər də uğursuz transferlərlə futbol ictimaiyyətində əsas tənqid hədəflərindən biridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: