“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “mahmızlar”ın İngiltərə Premyer Liqasında qalibiyyət imkanlarını dəyərləndirib.
Arena.az BBC-yə istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən həmişə deyirəm ki, imkanlar olduğu halda, nəyisə istisna etmək nəyə gərəkdir? Bizm çox çətin dövrümüz oldu, amma davam edirik. Biz əvvəlki kimi yürüşdəyik. Mövsümün çox hissəsində sabit oyun nümayiş etdirmişik, amma çempionatın ikinci yarısını birincidən daha yaxşı keçirməsək, bunun heç bir əhəmiyyəti olmayacaq. Biz bunu etməliyik”, deyə Angelos Postekoqlu bildirib.
Hazırda “Tottenhem” Premyer Liqada keçirdiyi 21 oyunda sonra 40 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Premyer Liqaya 20 oyundan 45 xalla “Liverpul” başçılıq edir.


