Premyer Liqa: MS mövsümə qələbə, Haland dublla başladı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünə start verilib. Arena.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.

Turun və mövsümün açılış oyununda son çempion “Mançester Siti” səfərdə “Börnli” ilə üz-üzə gəlib. Mövsümün ilk qolunu ötən mövsümün bombardiri olmuş norveçli Erlinq Haland vurub. O, ilk oyunda dublunu da rəsmiləşdirməyə imkan tapıb. “Şəhərlilər” Rodrinin vurduğu daha bir qol sayəsində yeni mövsümə də qələbə ilə başlayıblar.

Xatırladaq ki, ilk turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.

İngiltərə, Premyer Liqa
1-ci tur
11 avqust

Börnli – Mançester Siti 0:3
Qollar: Haland, 4; 36. Rodri, 75.

12 avqust

15:30. Arsenal – Nottingem Forest
18:00. Bornmut – Vest Hem
18:00. Brayton – Luton Taun
18:00. Everton – Fulhem
18:00. Şeffild Yunayted – Kristal Pelas
20:00. Nyukasl – Aston Villa

13 avqust

17:00. Brentford – Tottenhem
19:30. Çelsi – Liverpul
23:00. Mançester Yunayted – Vulverhempton

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: